
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan çempionu "Qarabağ"İspaniyada "Atletik Bilbao" ilə üz-üzə gəlib.
“San Mames” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ədaləti İqor Payatsın başçılıq etdiyi Xorvatiyadan olan hakimlər briqadası qoruyub.
Bu matçadək "Qarabağ" keçirdiyi hər iki oyunda qələbəyə sevinmişdisə, “Atletik” ilk iki turda xal qazana bilməmişdi. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv evdə İngiltərə “Arsenal”ına 0:2, səfərdə Dortmund “Borussiya”sına 1:4 hesabı ilə uduzmuşdu.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
"Atletik Bilbao" (İspaniya) – "Qarabağ" (Azərbaycan) 3:1
Qollar: Qorka Quruseta, 40, 88. Navarro, 70. - Leandro Andrade, 1.
Hakimlər: İqor Payats, Boyan Zobenitsa, İvan Mihali, Zdenko Levriç (hamısı Xorvatiya).
VAR: İvan Bebek (Xorvatiya), Fedayi San (İsveçrə)
Bilbao. "San Mames" stadionu.
“Atletik”: Unay Simon, Andoni Qorosabel, Aytor Paredes, Emerik Lyaport,Yuri Berçiçe, Mikel Xaureqisar, Alexandri Reqo, İnyaki Uilyams, Oyan Sanset, Niko Ulyams, Qorka Quruseta
Ehtiyat oyunçular: Padilya, Vivian, Vesqa, Berenger, Areso, Lekue, Ruis de Qalarreta, Boyro, Qomes, Sannadi, Serrano, Navarro
Baş məşqçi: Ernesto Valverde
“Qarabağ”: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Silva, Pedro Bikalyo, Kadi, Leandro Andrade, Abdullah Zubir (k), Kamilo Duran, Nəriman Axundzadə
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç, Samuel Mmae, Kria Kuaku, Marko Yankoviç, Emmanuel Addai, Dani Bolt, Oleksey Kaşuk, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov