
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan “Napoli” iki oyunçusu ilə müqavilə müddətini artırıb.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb.
Neapollular gənc hücumçusu Cüzeppe Ambrozino və yarımmüdafiəçi Antonio Verqara ilə yeni müqavilə imzalayıblar.
Yeni razılaşmaya əsasən, hər iki futbolçu 2030-cu ilin yayına qədər “Napoli”yə məxsus olacaq.
Verqara klubun öz yetirməsidir. O, bu mövsüm əsas komandada 1 oyuna çıxıb. Ambrozino isə “Napoli”yə 2013-cü ildə keçib. O, əsas komandada cəmi 2 oyun keçirib.
Qeyd edək ki, "Qarabağ" ilə "Napoli" arasındakı oyun noyabrın 26-da Neapolda baş tutacaq.