
“Arsenal” rəhbərliyi yeni oyun qurucu axtarışındadır.
Fanat.Az xəbər verir ki, London təmsilçisi bu məqsədlə “Real Madrid”in gənc ulduzu Arda Güleri transfer etmək istəyir.
Bu barədə məlumatı "Defensa Central" nəşri yayıb.
Mənbənin məlumatına görə, “Arsenal”ın baş məşqçisi Mikel Arteta, Gülerin texniki bacarığı və oyun intellektini komandanın yaradıcılıq potensialını artırmaq üçün ideal hesab edir. Klubun skaut heyəti artıq türkiyəli futbolçunun çıxışını yaxından izləyir və qış transfer pəncərəsində rəsmi təklif göndərilməsi istisna edilmir.
Arda Güler bu mövsüm “Real Madrid”də 16 oyunda 3 qol və 6 assist ilə yadda qalıb. Onun performansı həm İspaniyada, həm də Avropanın digər nəhəng klublarında maraq doğurub.
Madrid klubu gənc futbolçunun satışına qarşı olsa da, “Arsenal” icarə variantını da nəzərdən keçirir. Arteta, Gülerin potensialını Məsut Özilin “Arsenal”dakı parlaq dönəmi ilə müqayisə edib, oxşar təsir yaratmağı hədəfləyir.
Kamil Xudiyev