
Azərbaycanın II Liqa təmsilçisi “Şəmkir”də baş məşqçi dəyişikli reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Rüfət Quliyevlə yollarını ayıran qərb təmsilçisi Rasim Əliyevlə anlaşıb. Son olaraq “Turan Tovuz”un akademiyasının koordinatoru vəzifəsində çalışmış A kateqoriyalı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb.
Əliyev daha əvvəl “Turan”la yanaşı, “Rote Fahne”, “Neftçala” komandalarını çalışdırıb. O, “Feyenoord”, “Utrext”, PSV, “Fənərbağça", “Gənclərbirliyi”, “Dinamo Tbilisi" klublarının düşərgəsində təcrübə keçib.