
"İmişli" Misli Premyer Liqasının 13-cü turunda evdə "Sabah"a 0:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorje Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib:
"Oyun çətin keçdi. Evdə uduzduğumuz üçün məyusuq. Amma "Sabah" kimi komandaya qarşı bu oyun futbplçularım üçün yaxşı təcrübədir. Qol da vurduq, hakim saymadı. İkinci hissəyə də yaxşı başladıq. Uşaqlar ilk qolu vurmaq istəyirdilər, ancaq əksi oldu. Belədə növbəti qolları qapımızda gördük. "Sabah"ı təbrik edirəm.
Hazırlığımız adi qaydada davam edəcək. "Sabah"la kubok qarşılaşmasında heyətdə bir neçə dəyişiklik olacaq. Bu, bugünkü görüşün nəticəsi ilə bağlı deyil. Çünji 0:3 uduzsaq da, başabaş oynadıq. Sadəcə, bərpa olunmalıyıq, "Sumqayıt"la çempionat oyununu da düşünməliyik".
Mirağa