
Misli Premyer Liqasında 13 tur geridə qalıb. Keçirilən 77 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 14 baş hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda oyun sayı baxımından lider dəyişikliyi ilə yadda qalıb. Əliyar Ağayev ilə Cavid Cəlilovun məcburi istirahət etməsi fonunda ardıcıl son iki turdakı təyinatlar Fərid Hacıyevi lider edib. O, 13 turdan 8-də baş hakim olub.
Hakimlər Komitəsi nəhs turda Hacıyevdən başqa, FİFA referiləri Elçin Məsiyev və Kamal Umudluya, həmçinin Tural Qurbanov, Rəşad Əhmədov və Kamranbəy Rəhimova güvənib. Məsiyev ilə Qurbanov cari mövsümdə yeddinci dəfə iş başında olublar. Beləliklə, oyun sayına görə yeddi dəfə baş hakim olanların sayı dördə çatıb (digərləri Əliyar Ağayev və Cavid Cəlilovdur). On üç turda Nicat İsmayıllı hamıdan az - cəmi 2 dəfə iş başında olub.
On üçüçnü turda hakimlər cəmi 21 vərəqədən istifadə ediblər ki, bunun 1-i "qırmızı" olub. Kamal Umudlu mövsüm ərzində üçüncü dəfə oyunçu qovmaqla "fərqlənib". Hakimlər 21 vərəqədən 10-nu meydan sahiblərinin, 11-ni qonaq komandanın oyunçularına göstəriblər.
Beləliklə, 13 turun yekununda bu rəqəmlər müvafiq olaraq "300" və "10" olub. Nəticədə ümumi vərəqə sayı 310-na çatıb. Bu da hər oyuna orta hesabla 4,02 vərəqə deməkdir.
On üç tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 37 vərəqədən istifadə edib ki, bunun 4-nün rəngi qırmızı olub. Onu 1-i qırmızı olmaqla, 30 vərəqədən yararlanan Fərid Hacıyev təqib edir.
Fərid Hacıyev - 8 oyun
meydan sahibi 20 sarı 1 qırmızı
qonaqlar 9 0
cəmi: 29 1
Əliyar Ağayev - 7 oyun
meydan sahibi 15 3
qonaqlar 18 1
cəmi: 33 4
Tural Qurbanov - 7 oyun
meydan sahibi 14 1
qonaqlar 17 0
cəmi: 31 1
Elçin Məsiyev - 7 oyun
meydan sahibi 14 0
qonaqlar 15 0
cəmi: 29 0
Cavid Cəlilov - 7 oyun
meydan sahibi 10 0
qonaqlar 15 0
cəmi: 25 0
Rəşad Əhmədov - 6 oyun
meydan sahibi 11 0
qonaqlar 19 0
cəmi: 30 0
Kamal Umudlu - 6 oyun
meydan sahibi 14 3
qonaqlar 13 0
cəmi: 27 3
Rəvan Həmzəzadə - 6 oyun
meydan sahibi 12 0
qonaqlar 13 0
cəmi: 25 0
Rauf Cabarov - 6 oyun
meydan sahibi 11 0
qonaqlar 8 1
cəmi 19 1
Kamranbəy Rəhimov - 5 oyun
meydan sahibi 6 0
qonaqlar 10 0
cəmi: 16 0
İnqilab Məmmədov - 4 oyun
meydan sahibi 6 0
qonaqlar 11 0
cəmi: 17 0
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Əli Əliyev - 3 oyun
meydan sahibi 5 0
qonaqlar 6 0
cəmi: 11 0
Nicat İsmayıllı - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Mirağa