10:48 23.12.2025 482

“Sabah” qış fasiləsində lider yollandı – Tura baxış

Misli Premyer Liqasında 16-cı turun oyunlarına yekun vurulmasıyla komandalar qış fasiləsinə yollandı. Səfərdə “Sumqayıt”ı 3:1 hesabıyla qalib gələn “Sabah” fasiləyə “qış çempionu” kimi yollanmağı bacardı. “Turan Tovuz”un uzun fasilədən sonra qələbə qazanması, “Neftçi”nin Vernidubun rəhbərliyi ilk qələbəsini bayram etməsi turun diqqətçəkən məqamlarındadır.

"Kəpəz" – "Turan Tovuz" 0:2 
Qollar:
Alexandro Serrano,7. Joarlem Santos, 47.
“Kəpəz”: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 6. Pedro Qomeş.
Baş məşqçi: Azər Bağırov.
“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıqov, 10. Xəyal Nəcəfov, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdiyev.

Berdiyevin başınının üzərini alan “qara buludlar” fasilə ərəfəsində bir qədər də sıxlaşmışdı. “Kəpəz” uğursuzluqlara son qoymaq və buludları nisbətən dağıtmaq üçün münasib rəqib idi. “Turan Tovuz” qərb derbisində qələbə qazanmaqla fasiləyə yaxşı əvhal-ruhiyyədə yollanmağı bacardı. Serranonun 7-ci dəqiqədə hesabı açmasından sonra çox az adam “Turan Tovuz”un qələbə qazanacağına şübhə edirdi. Santos fasilədən sonra nominal qonaqların üstünlüyünü bir qədər də artırdı. 
Qələbə sayəsində 27-ci xalını qazanan Tovuz komandası 4-cü pillədə yer alıb. 9 xalı olan “Kəpəz” isə 10-cu sıradadır.

“Karvan-Yevlax” – “Neftçi” 1:2 
Qollar:
Araz Abdullayev, 45+5 -pen. - Bassala Sambu, 61. Emin Mahmudov, 90+7-pen.
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev  2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan, 10. Samuel Durrant.                                    
Məşqçi: Füzuli Məmmədov. 
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj  10. Freddi Varqas 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

“Neftçi” yenə də azarkeşlərini həyacanlandırdı. Yevlaxda keçirilən qarşılaşmada qapılara iki penalti təyin olundu. Hər kəs birinci hissənin qolsuz bitəcəyini düşündüyü anda Ribeyronun rəqibinin üzünə zərbə endirməsinə görə hakim “Neftçi”nin qapısına penalti təyin etdi. Araz Abdullayev sabiq komandasını cəzalandırıb, meydan sahiblərinin fasiləyə öndə yollanmasını təmin etdi. Əzmkarlıq sayəsində “Neftçi” ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişdirməyi bacardı. Sambu 61-ci dəqiqədə fərdi keyfiyyətləri sayəsində hesabı bərabərləşdirdi. Oyunda son nöqtəni Emin Mahmudov qoydu. Əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə onun penaltidən vurduğu qol yekun hesabı müəyyənləşdirdi.
2:1 hesablı qələbə sayəsində xalını 20-ə çatdıran “Neftçi” 8-ci pillədədir. Sonuncu sıradakı “Karvan-Yevlax”ın 6 xalı var.

“Zirə” – “İmişli” 0:0 
“Zirə”:
97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 48. Ramiz Muradov 26. Stefan Aka 20. İssa Cibrila 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Jorje Kaşkilya.

“İmişli” heç bir rəqib üçün asan yem olmadığını bir daha nümayiş etdirdi. Aran təmsilçisi bu dəfə “Zirə”ni büdrətdi. Düzdür, “Zirə” ilk hissədə qol vurmağı bacardı. Amma hakimlərin uzun müddət davam edən müzakirəsindən sonra Cavid Cəlilov qolun qeydə alınmadığını bildirdi. Bundan sonra tərəflərin çoxsaylı cəhdləri fayda verməyincə oyun qolsuz bərabərliklə bitdi.
Bu 1 xal “Zirə”yə rəqiblərindən bir addım önə keçib, 28 xalla 3-cü pilləni özəlləşdirməyə imkan verdi. 17 xal toplayan “İmişli” üçün 9-cı yer pis nəticə sayılmamalıdır.

"Qəbələ" – "Qarabağ" 1:2 
Qollar:
Prins Ovusu, 6 - Bədavi Hüseynov,  27. Marko Yankoviç,  79.
“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu. 
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze. 
“Qarabağ”: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 2. Mateus Silva, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai. 
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran. 
Baş məşqçi: Qurban Qurbanov.

Qəbələdəki qarşılaşma “Qarabağ” üçün heç də yaxşı başlamadı. Addai ilə Buntiçin inamsız oyunu hesabın açılması ilə nəticələndi. Ovusunun uzaqdan və elə də qüvvətli olmayan zərbəsindən sonra top tora daxil oldu. Bundan sonra təzyiqi artıran “Qarabağ”ı Bədavi Hüseynov sevidirdi. Onun 27-ci dəqiqədə qol sayəsində hesab bərabərləşdi. Ramil Şeydayev əla fürsəti qaçırınca komandalar fasiləyə bərabərliklə yollandılar. “Qarabağ” qələbə qolunu 79-cu dəqiqədə vurdu. Markoviçin qolu “Qarabağ”a çətin səfərdə 2:1 hesablı qələbə qazandırdı.
36 xallı “Qarabağ” qış fasiləsində ikinci pillədə yollandı. 8 xallı “Qəbələ”nin tək təsəllisi sonuncu olmamasıdır.

"Araz-Naxçıvan" – "Şamaxı" 2:0 
Qollar:
Patrik Andrade, 54. Ş,Boli, 87.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 19. Bar Kohen. 
Baş məşqçi: Elmar Baxşıyev. 
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos. 
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu. 
Baş məşqçi: Ayxan Abbasov.

“Şamaxı” heç də pis oynamadığı qarşılaşmadan qolsuz və xalsız ayrıldı. Ayxan Abbasovun yetirmələrinin bacarmadığını “Araz Naxçıvan” bacardı. Patrik Andrade ilə Boli hərəyə bir dəfə fərqlənməklə “Araz Naxçıvan”a hava-su kimi vacib olan qələbə qazandırdı. Bu qələbə Elmar Baxşıyevin də bir qədər rahat nəfəs almasına, yeni ili yaxşı əhval-ruhiyyədə qarşılaşmağa hazırlaşmasına kömək etdi. 
Xalını 26-a çatdıran “Araz Naxçıvan” mükafatçılar sırasında çox da uzaq düşməyib. Komanda 6-cı sırada yer alsa da, 3-cü pillədəki “Zirə”ylə xal fərqi cəmi ikidir. Əvəzində 7-ci sıradakı “Şamaxı” “Araz Naxçıvan”dan 6 xal geri qalır ki, bu da ilk altı sıradakı komandaların digər “altılıq”dakı komandalardan xeyli aralanmasının göstəricisidir.

"Sumqayıt" – "Sabah" 1:3 
Qol:
Ronaldo Vaskez, 66 - Velko Simiç, 26; 50. Keffel Resende, 60-avtoqol.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskez, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsane Simon. 
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 19. Roi Kehat, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç. 
Məşqçi: Veliçko Kaplanoviç. 
“Sabah”: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda. 
Ehtiyat oyunçular: 72. Rustam Samiqullin, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 70. Cesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos. 
Baş məşqçi: Valdas Dambrauskas.

“Sabah”da üzlər gülür. Masazır təmsilçisi “Qarabağ”dan sonra “Sumqayıt”ı da məğlub etdi. Bu isə komandanın qış fasiləsinə lider getməsi demək idi. Simiç 26-cı dəqiqədə hesabı açdı, fasilədən 5 dəqiqə sonra isə “Sabah”ın legioneri dubl etdi. Resendenin avtoqolu isə “Sumqayıt”ın 0:3 hesabıyla geri düşməsi demək idi. 6 dəqiqə sonra Vaskez fərqi azaltsa da, bundan artığını etmək mümkün olmadı və hakimin final fiti “Sabah”ın 3:1 hesablı qələbəsini rəsmiləşdirdi.
Lider “Sabah”ın aktivində 37 xal var. 27 xallı “Sumqayıt” fasiləyə beşinci sırada yollanmalı oldu.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X