
"Karvan-Yevlax" fasilə dönəmində növbəti transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, debütant müqavilə ilə "Sabah"a məxsus olan yarımmüdafiəçi Rauf Rüstəmlini heyətinə qatıb.
Bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bölgə klubu 22 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürüb.
"Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli "Sabah", "Şamaxı" və "Sumqayıt" klublarında da forma geyinib. O, U-17, U-19, U-21 və əsas milli komandalarımızın şərəfini qoruyub.
Qeyd edək ki, "Karvan-Yevlax" qış transfer dönəmində bundan əvvəl Samir Abdullayevin keçidini reallaşdırıb.