
"Nyukasl"ın keçmiş hücumçusu Alan Şirer Eddi Haunun "sağsağanlar"ın baş məşqçisi vəzifəsindən ayrıla biləcəyini bildirib.
Fanat.Az xəbər verir ki, keçmiş ulduz "The Rest is Football" podkastında sabiq komandası barədə belə danışıb:
"Eddi Haunun qalmasını istərdim, amma şansı varmı? Təəssüf ki, onu gələn mövsüm "Nyukasl"ın baş məşqçisi kimi görmürəm. Onun müsahibəsini dinləyirəm və mübarizənin hələ də davam etdiyinə əmin deyiləm. Oyunçulara baxıram və onların "çalışdırıcıları uğrunda mübarizə" aparmadıqları sadəcə dəhşətlidir. Əksinə, oyunçular onu avtobusun altına atıblar".
Xatırladaq ki, "Nyukasl" şənbə günü Premyer Liqa matçında "Bornmut"a 1:2 uduzaraq ardıcıl dördüncü məğlubiyyətini alıb. Komanda Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir.
Mirağa