
Liam Rosenyor "Çelsi"nin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, London klubunun rəsmi saytı ingilis məşqçinin istefasını elan edib.
Klubun açıqlamasında deyilir: "Bu qərar klub tərəfindən asan qəbul edilməyib, lakin son nəticələr və çıxışlar tələb olunan standartlara cavab verməyib. Bu mövsüm görüləsi işlər hələ çoxdur. "Çelsi"də hər kəs Liama gələcəkdə uğurlar arzulayır".
Rosenyor yanvar ayında baş məşqçi təyin edilib və İngiltərə klubunda 100 gündən bir qədər çox məşqçi olub. Onun işdən çıxarılmasına "mavilər"in Premyer Liqadakı uğursuz çıxışı, komandanın ardıcıl beş oyunda ümumilikdə 0:11 hesabı ilə uduzması səbəb olub.