
"Mançester Yunayted"in növbəti mövsüm üçün baş məşqçisi artıq müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ı Maykl Kerrik çalışdırmağa davam edəcək.
Məlumatı "TeamTalk" yayıb. Mənbənin məlumatına görə, mövsümün gedişində müvəqqəti məşqçi kimi təyinat alan, ancaq bu müddət ərzində 14 oyundan 10-da qalib gələrək vaxtından əvvəl Çempionlar Liqasına vəsiqə qazanan Kerrik klubun əsas prioritetinə çevrilib.
Ser Cim Retkliff və idman direktoru Ceyson Uilkoks aralarında Tomas Tuxel və Julian Naqelsmann kimi məşhur adların da daxil olduğu 8 digər namizəddən imtina ediblər.
Kerrikin uğurunun təkcə nəticələri ilə deyil, həm də komandanı birləşdirmək bacarığı ilə bağlı olduğu bildirilir. Brunu Fernandeş və Harri Maquayr da daxil olmaqla, komandanın liderləri onun təyinatını açıq şəkildə dəstəkləyirlər.
Klub artıq məşqçilər heyətinin gücləndirilməsi üzərində işləyir. MY Kerrikin uzun müddət komanda yoldaşı olan Aaron Danksı "Bayern Münhen"dən transfer etməyi planlaşdırır.
Mirağa