16:04 10.05.2026 593

AFFA danışılmış oyunlarla bağlı sessiya keçirdi

Azərbaycan II Liqasında çıxış edən “Göygöl”, “Ağstafa Gəncləri” və “Şəmkir” klublarının əsas komandalarının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Fanat.Az xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 Avqust 2026
17:20

Ceyden Ostervolde "Roma"ya keçid edir

16:47

İsmayıl Kartal: "Təkmilləşdirilməli olduğumuz məqamlar var"

16:15

"Trabzonspor" Fabinyonu istəyir

15:54

Joze Mourinyu: "Bu uğur ehtiyat oyunçular sayəsində əldə olunub"

15:10

Darvin Nunyesin yeni klubu rəsmən açıqlandı

14:40

"Fənərbağça" Kərəm Aktürkoğlu barədə açıqlama yaydı - SON DURUM

14:09

Berdiyev "Şamaxı" ilə oyunda 3 futbolçusunun xidmətindən məhrumdur

13:44

Azərbaycan cüdoçuları 4 medal qazandılar

13:15

"Sabah"ın oyununun hakimləri açıqlandı

12:51

Nkunku Almaniyaya qayıtmağa yaxındır

12:17

Balde "Barselona"dan ayrılmağa qərar verdi - SON DURUM

11:43

"Araz-Naxçıvan"da heyətlə bağlı son durum bilindi: Biri sıraya döndü, biri isə...

11:02

"Atalanta" Elmasın transferini açıqladı

10:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:07

"Barselona"nın Lautaro istəyi düyünə düşdü - "İnter" hücumçusunu bu qiymətə də satmaq istəmir

09:39

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Neftçi"nin "Araz-Naxçıvan" sınağı

02:22

La Liqa: "Real Madrid" səfərdən 3 xalla dönür

01:59

Liqa 1: "Lans" "Oser"i məğlub etdi

01:44

A Seriyası: "İnter" darmadağına sevindi

01:29

Super Liqa: "Fənərbağça" inamlı qələbəyə sevindi

01:12

Premyer Liqa: "Tottenhem" darmadağına uğradı

00:46

"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq" -Rəşad Sadıqov

00:17

"Gənc futbolçulara şans vermək klubun strategiyasıdır" - Fərid Namazov

22 Avqust 2026
23:29

Kaxaber Tsxadadze "Şəfa" ilə matçdan sonra nə danışdı?

23:12

Zaur Həşimov "Qəbələ" üzərində qələbəni belə şərh etdi

22:39

MPL: "Şəfa" "Qəbələ"ni məğlub etdi, "Zirə"dən inamlı qələbə

22:09

Andre Almeyda "Selta" yolunda

21:44

Qana milli komandasında Bisivu planı

21:12

Beto İtaliyaya qayıda bilər

20:46

Santyaqo Ximenes "Portu" yolunda

20:17

"Arsenal" yeni Xviçanı tapdı

19:54

"Lids Yunayted" Mudriki icarəyə götürmək istəyir

19:14

Niko Qonzalesin gedişinə yaşıl işıq yandırıldı

18:48

"Mançester Siti" braziliyalı ulduz üçün 35 milyon təklif edir

18:22

"Yuventus" Frenki de Yonqu "radara alıb"

17:45

İtaliya təmsilçisi Torreyranı alır

17:12

Səudiyyə Ərəbistanı klubu Talişkanı rənglərinə bağlamaq istəyir

16:40

Messi rəqibini vurduğuna görə cərimələndi

16:08

Məmmədzadə yeni müqaviləyə imza atdı

Facebookdan bizi izləməyi unutmayın.
X