
DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində keçirilən İsveçrə - Əlcəzair oyununun ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, FİFA avropalıların heyətində Brel Embolonu bu ada layiq görüb.
Rəqibini iki cavabsız qolla üstələyərək 1/8 finala vəsiqə qazanan İsveçrə yığmasının ilk qolunu məhz Embolo vurub.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatı iyulun 19-da başa çatacaq.