
ABŞ, Kanada və Meksikanın birgə evsahibliyi etdiyi DÇ-2026-da 1/8 final mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mərhələnin növbəti matçı keçiriləcək.
ABŞ-nin Nyu Cersi şəhərində Braziliya millisi Norveçlə üz-üzə gələcək. Gecəyarısı baş tutacaq qarşılaşmanı yerli hakim idarə edəcək.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/8 final
5 iyul
00.00. Braziliya - Norveç
Baş hakim: İsmail Elfat (ABŞ).
Nyu Cersi. "New Jersey Stadium".