
"Qarabağ"ın sabiq futbolçusu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Yahoo Sports" nəşri məlumat yayıb.
Mənbəyə görə, A Seriyası təmsilçisi "Leççe" azad agent statusunda olan qanalı cinah oyunçusunu transfer variantlarından biri kimi nəzərdən keçirir. Klub rəhbərliyi Addainin durumunu izləyir, lakin onunla yanaşı, Fransanın "Nant" klubunun gənc hücumçusu Herba Quirassini də heyətinə qatmaq imkanını qiymətləndirir.
Bildirilir ki, "Leççe" hələlik yekun qərar verməyib və hər iki futbolçu klubun qısa siyahısında yer alır. Hazırda İtaliya təmsilçisinin Addai ilə rəsmi danışıqlara başladığı və ya ona təklif göndərdiyi barədə məlumat yoxdur.
Qeyd edək ki, Emmanuel Addai bu yay "Qarabağ"dan ayrılaraq azad agent statusu alıb.
Kamil Xudiyev