
Bir müddətdir adı yenidən "Qarabağ"la hallanan və Ağdam klubuna mümkün qayıdışı idman mətbuatında böyük müzakirələrə səbəb olan Julio Romao karyerası ilə bağlı rəsmi addım atıb.
Fanat.Az xəbər verir ki, təcrübəli braziliyalı yarımmüdafiəçi transfer üstünlüyünü Rusiya Premyer Liqasına tərəf istifadə edib.
Julio Romao Rusiyanın "Axmat Qroznı" klubuna transfer olunub.
Xatırladaq ki, bu transferdən bir qədər əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında braziliyalı dayaq yarımmüdafiəçisinin komandaya geri qayıdışı ilə bağlı hazırda hər hansı bir planlarının olmadığını qeyd etmişdi.
Kamil Xudiyev