
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü yeni klubu ilə birlikdə yeni mövsümün hazırlıqlarına start verib.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu qarşıdan gələn çempionat oyunlarına tam hazır olmaq üçün məşqlərə başlayıb.
O, Türkiyə təmsilçisi "Vanspor" ilə birlikdə rəsmi mövsümönü hazırlıq düşərgəsinə qatılıb.
Sosial şəbəkədə "Məqsədlərə doğru hazırdır. "Vanspor" ilə yeni bir başlanğıc" başlığı ilə paylaşılan fotoda millimizin üzvünün komandanın məşqçisi ilə səmimi söhbəti və olduqca motivasiyalı olması diqqətdən qaçmayıb.
Kamil Xudiyev