
"Araz-Naxçıvan" növbəti mövsüm ev oyunlarını Bakıda keçirə bilməyəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisi paytaxtda stadion tapa bilməyib.
"Qırmızı-ağlar"ın Sumqayıt variantı da baş tutmayıb. "Şəfa"nın "Gənclik şəhəri"nə üz tutması problem yaradıb.
Beləliklə, klub rəhbərliyi 5 bölgə stadionuna müraciət etməli olub və cavab gözləyir. Söhbət Gəncə, Tovuz, Şamaxı, Yevlax və Qəbələ şəhər stadionlarından gedir.
Qeyd edək ki, "Araz-Naxçıvan" ötən mövsüm əsasən Mərdəkandakı "Liv Bona Dea Arena"nın xidmətindən yararlanıb. Ancaq hazırda yenidənqurma işləri gedən sözügedən arenanı "Sabah" klubu özününküləşdirib.
Mirağa