
"Mançester Siti"nin qapıçısı Canluici Donnarumma sevgilisi Alessia Elefante ilə evlənib.
Fanat.Az xəbər verir ki, məlumatı "Corriere della Sera" yayıb.
Mərasim İtaliyanın Lokorotondo şəhərindəki "San Giorgio Martire" kilsəsində baş tutub.
Şənliyə ümumilikdə 250 qonaq dəvət edilib ki, onların arasında Erlinq Holand, Con Stouns, Mateo Kovaçiç, Sandro Tonali, Nikolo Barella, Paolo Maldini və İtaliya millisinin keçmiş məşqçisi Roberto Mançini də olub. Kilian Mbappe toy mərasiminə xüsusi çarter reysi ilə gəlib. Holand məclis işçilərini DÇ-də olduğu kimi, "vikinq göstərisi" ilə əyləndirib.
Donnarumma və Elefante doğma şəhərləri olan Kastellammare di Stabiada tanış olublar və 2016-cı ildən bəri birlikdədirlər. Cütlüyün oğlu Leo 2024-cü ildə dünyaya gəlib. Futbolçunun həyat yoldaşı interyer dizayneridir.
Mirağa