
“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Gəncə təmsilçisi Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müddətə müqavilə imzalanıb.
Son olaraq “Şamaxı”da çıxış edən Rafael Məhərrəmli ötən mövsüm Misli Premyer Liqasında 16 oyun keçirib.
Qeyd edək ki, baş məşqçi postuna Azər Məmmədovu gətirən "Kəpəz" yay dönəmində Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Urfan Abbasov və Kennet Kalunqanı da transfer edib. Ötən mövsümün sonunda komandadan8 futbolçu (Rauf Hüseynli, Məhəmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Camal Cəfərov, Yusif İmanov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa) ayrılıb.