
"Latsio"nun 18 yaşlı sol cinah müdafiəçisi Lorentso Kalvani "Milan"ın heyətinə cəlb olunub.
Fanat.Az Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə 2029-cu ilin yayına qədər müddətə müqavilə imzalanıb.
Anlaşmanın sonradan daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb. İtaliyalı futbolçu hələlik "qırmızı qaralar"ın gənclər komandasında çıxış edəcək.
Qeyd edək ki, Kalvani 2025/2026 mövsümündə "Latsio"da 34 matçda 1 qol vurub, 5 məhsuldar ötürmə edib və 3 sarı vərəqə alıb.
Əlisahib İbrahimli