
Maliyyə problemləri üzündən Perunun həvəskarlar liqasına düşən və dağılmaq təhlükəsi ilə üzləşən "Deportivo Munisipal" problemdən çıxış yolu tapıb.
Fanat.Az xəbər verir ki, dördqat ölkə çempionu olan komanda maliyyə problemlərini aradan qaldırmaq məqsədilə qeyri-adi kampaniyaya əl atıb.
Klubunun mətbuat xidmətinin məlumatına görə, "Deportivo Munisipal" bir neçə böyük reklam bloku əvəzinə, köynəyi 1000 kiçik hissəyə bölüb. Formanın üzərindəki hissələr yerli şirkətlərə, kiçik sahibkarlara və hətta adi azarkeşlərə də təklif olunub. Qiymətlər 25 avrodan 150 avroya qədər dəyişib. Üç ay ərzində onlar klubuun illik xərclərinə bərabər məbləğ toplayıblar.
Sponsorlar həmçinin klubun məhsullarına sosial mediada dəstək verməklə bonus, bilet və digər mallara endirim əldə ediblər.
1935-ci ildə qurulan, hazırda ağır iqtisadi böhran yaşayan və peşəkar futboldakı yerini itirən Lima təmsilçisi 1938, 1940, 1943 və 1950-ci illərdə Peru çempionu olub.
Mirağa