
Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Sabah" - "Orhus" oyunundan öncə azarkeşlər arasında qalmaqal yaşanıb.
Fanat.Az xəbər verir ki, hadisə yerindən yeni görüntülər yayılıb.
Görüntülərdə Danimarka mətbuatının iddialarının əksinə, təxribat törədən və hücum edən tərəfin məhz "Orhus" azarkeşi olduğu aşkar görünür.
Xatırladaq ki, "Sabah" - "Orhus" oyunundan öncə qonaq komandanın azarkeşləri yer aldıqları avtobusla "Sabah" tərəfdarlarının toplaşdığı yerə gələrək, onları təxribata çəkiblər. Bunun da nəticəsində azarkeşlər arasında münaqişə yaşanıb. Yalnız polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.