
Türkiyə Super Liqasının 2-ci turunda keçirilən qarşılaşmada “Ərzurumspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi səfər oyununda rəqibini 4:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.
“Qalatasaray”ın heyətində qolları 12-ci dəqiqədə Roland Sallai, 20-ci dəqiqədə Yunus Akgün, 45-ci və 80-ci dəqiqələrdə isə Viktor Osimhen vurub.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. Gənc futbolçu 55-ci dəqiqədə G. Kerkin əvəzinə meydana daxil olaraq komandasının hücum xəttini gücləndirməyə çalışıb.
Lakin Nərimanın oyuna qoşulması “Ərzurumspor”un ağır məğlubiyyətinin qarşısını almağa kifayət etməyib və meydan sahibləri 4 cavabsız qolla uduzub.
Kamil Xudiyev