
Türkiyə 1-ci Liqasının 3-cü turu çərçivəsində "Fatih Karagümrük" öz meydanında "Bursaspor"u qəbul edib.
Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Bursaspor"un heyətində matça ilk 11-likdə başlayan Azərbaycan millisinin futbolçusu Toral Bayramov 17-ci dəqiqədə qayda pozuntusuna görə baş hakim tərəfindən sarı kartla cəzalandırılıb.
Təcrübəli müdafiəçi ikinci hissənin başında — 46-cı dəqiqədə Eyüp Akcan ilə əvəzlənərək meydanı erkən tərk edib.
Kamil Xudiyev