
"Qalatasaray"ın yarımmüdafiəçisi Lukas Torreyraya İtaliyadan təklif var.
Fanat.Az xəbər verir ki, informasiyanı argentinalı jurnalist Sezar Luis Merlo yayıb.
İtaliyanın "Venetsiya" klubu təcrübəli yarımmüdafiəçi uğrunda mübarizəyə qoşulub.
A Seriyası təmsilçisi Lukas üçün İstanbul nəhənginə 6 milyon avroluq təklif göndərib.
Eyni zamanda, daha əvvəl "Fiorentina"nın da uruqvaylı futbolçu ilə maraqlandığı və təcrübəli oyunçunun keçmiş klubuna qayıtmağa müsbət yanaşdığı bildirilmişdi.
Lukas Torreyra "Qalatasaray"ın bu mövsüm keçirdiyi hər iki Super Liqa matçında start heyətində yer alıb və meydanda ümumilikdə 165 dəqiqə keçirib.
Əlisahib İbrahimli