
"Fənərbağça"nın 4 oyunçusu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Olimpik Lion"a qarşı keçiriləcək cavab görüşündə meydana çıxa bilməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı İstanbul klubunun mətbuat xidməti yayıb.
Mert Günok, Marko Asensio, Çağlar Söyüncü və Kerem Aktürkoğlu Fransada baş tutacaq matçda komandanın heyətində olmayacaqlar.
Qeyd edək ki, "Olimpik Lion" - "Fənərbağça" qarşılaşması avqustun 26-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İstanbulda keçirilən ilk oyunda komandalar 1:1 hesablı heç-heçə ediblər.
Əlisahib İbrahimli