
"Real Madrid"in baş məşqçisi Joze Mourinyu özünün emosional vəziyyəti və komandadakı atmosfer barədə danışıb.
Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin rəsmi saytı portuqaliyalı mütəxəssisin açıqlamasını belə təqdim edib:
"Artıq bir neçə ildir ki, özümü daha sakit və emosiyalarımı daha yaxşı idarə edirəm. Amma yenə də ilk matçda qalib gəldiyimizdən bəri klubda hələ heç kimin boşaldığını görməmişəm. İnsanların yalnız "Real Madrid"in xeyrinə çalışması xoşuma gəlir. İndiyə qədər heç bir boşluq görməmişəm - əksinə, hər kəs əlindən gələni etmək istəyir. Oyunçular və klub heyəti məni xarakterimin qaranlıq tərəfindən qoruyurlar. Amma mən bu vəziyyətdən rahatam".
"Real Madrid"in növbəti oyunu bu gün, 26 avqustda evdə "Real Sosyedad"a qarşı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.
Mirağa