
"Neftçi" futbolçusu Alessio Kurçi ilə münasibətlərinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi legioner hücumçu ilə yollarını ayırıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu "Neftçi"nin heyətində 19 oyun keçirib. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.