
Bu həftə “Neftçi”dən ayrılan qapıçı Kenan Piriçin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, bosniyalı qolkiper “Riqa” klubuna keçib.
Latviya klubunun mətbuat xidməti onun keçidini rəsmən açıqlayıb. 32 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Piriç 2025-ci ilin yayından “Neftçi”də çıxış edirdi. O, “ağ-qaralar"ın heyətində 28 oyun keçirib.