
“Sabah” klubunun UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Artıq UEFA rəsmi saytında Liqa mərhələsindəki 4 oyunun bu arenada olacağını təsdiqləyib.
Beləliklə, “Sabah”ın bütün oyunlarının təqvimi bəlli olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
1-ci tur, 10 sentyabr
23:00. Mançester, “Old Trafford” stadionu. “Mançester Yunayted” (İngiltərə) – “Sabah”
2-ci tur, 13 oktyabr
20:45. Bakı Olimpiya Stadionu. “Sabah” – “Slaviya Praqa” (Çexiya)
3-cü tur, 20 oktyabr
20:45. Bakı Olimpiya Stadionu. “Sabah” – “Borussiya Dortmund” (Almaniya)
4-cü tur, 4 noyabr
00:00. Stavanger, “Vikinq” stadionu. “Vikinq” (Norveç) – “Sabah”
5-ci tur, 25 noyabr
21:45. Bakı Olimpiya Stadionu. “Sabah” – “Barselona” (İspaniya)
6-cı tur, 8 dekabr
21:45. “Estadio de la Keramika”. “Vilyarreal” (İspaniya) – “Sabah”
7-ci tur, 20 yanvar 2027-ci il
21:45. Bakı Olimpiya Stadionu. “Sabah” – “Napoli” (İtaliya)
8-ci tur, 27 yanvar 2027-ci il
00:00. “Arsenal Stadium”. “Arsenal” (İngiltərə) – “Sabah”
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.