
Türkiyə Super Liqasının 4-cü turunda “Ərzurumspor” doğma meydanda “Konyaspor”u qəbul edib.
Fanat.Az xəbər verir ki, meydan sahibləri rəqibini 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada yeganə qol 17-ci dəqiqədə Eren Tozludan gəlib.
Azərbaycanlı futbolçu Nəriman Axundzadə matça ehtiyat oyunçular skamyasında başlayıb və görüşü ehtiyatda başa vurub.
Bu qələbədən sonra “Ərzurumspor” 4 turdan sonra 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.