
“Sabahın Ulduzları" Bakı kuboku uğrunda yarış davam edir.
Fanat.Az xəbər verir ki, bu gün U-14 yaş qrupunda 10-cu tura yekun vurulub.
Sonuncudan əvvəlki tur çərçivəsində daha 3 görüş baş tutub. "Sumqayıt" "Zirə" ilə görüşdə 3 xalı 3 qolla qazanıb. "Azərbaycan Qartalları" EFA-nı 6 cavabsız qolla üstələyib. Turun son qarşılaşmasında isə "Neftçi" "Xan"ı məğlub edib.
Sabahın Ulduzları
U-14, 10-cu tur
9 sentyabr
“Sumqayıt ” – “Zirə” 3:0
Qollar: Mehrac Əhmədli, 12, 18. Ramal Dünyamalı, 19.
“Azərbaycan Qartalları” – EFA 6:0
Qollar: Emir Əmirxanov, 14, 55, 80+3. Mühəmməd İsmayılzadə, 21, 29, 32.
“Neftçi” – “Xan” 4:1
Qollar: Adil Şabanov, 2, 24. Fuad Əhmədov, 42, 75 - Yusif Niftəliyev, 47.

Bu gün 15 yaşlıların yarışında 10-cu tur 3 oyunla start götürəcək:
U-15, 10-cu tur
10 sentyabr
Neftçi - Qarabağ
Sumqayıt – Zəngəzur
Marafon – Ulduz