
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandasının oyuna yaxşı başladığını, lakin buraxılan qollardan sonra psixoloji cəhətdən sarsıldığını bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
O, xüsusilə hakim qərarlarını sərt tənqid edib və ümumi oyundan danışıb:
“Erkən qol vurduq. Top və oyun bizdə idi. İlk hissəni çox rahat keçirdik. Hər şey yaxşı gedərkən çox asan qol buraxdıq. Verilən penalti birbaşa hesabın gedişinə təsir etdi və 2:1-dən sonra komandamızı çox ruhdan saldı. Bu cür kövrəkliyi yaşamamalıyıq. Birinci görüş idi. Matçın müəyyən hissəsində çox yaxşı və dominant oynadıq. Amma 2:1-dən sonra sındıq. Üzgünük, amma ayağa qalxacağıq”.
Əlisahib İbrahimli