
İtaliyanın "Napoli" klubu UEFA Çempionlar Liqasının ilk turunda London "Arsenal"ına məğlub olub.
Fanat.Az xəbər verir ki, neapolluların baş məşqçisi Massimiliano Alleqri oyundan sonra 0:1 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bildirib.
Sky Sport İtaliya" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
"Düşünürəm ki, bu gün əla rəqibə qarşı yaxşı oynadıq. Səbirli olmaq, müdafiədə oynamaq və qol buraxmamaq müsbət hal idi. "Komo" və "İnter"ə qarşı matçlarda çox asanlıqla qol buraxmışdıq, ona görə də bu gün konsentrasiya səviyyəsi daha yüksək idi. Məğlubiyyətə uğramağımız təəssüf doğurur, amma bu səhvlərdən dərs çıxaracağıq. Uşaqlar bu məğlubiyyətdən sonra ruhdan düşüblər, çünki onlar oyuna bütün güclərini sərf ediblər.
İlk hissə daha balanslı keçdi, çünki ayaqlarımızda güc var idi. Baxmayaraq ki, bir neçə oyunçu bu mövsüm ilk dəfə meydana çıxdı. Topla daha yaxşı oynadıq. Lakin hücumun son mərhələlərində səhvlərə yol verdik: cərimə meydançasında heç kim olmadığı zaman topu ötürdük. "Arsenal"ın nə qədər yaxşı müdafiə olunduğunu bilirik. Müsbət məqamlar da oldu, amma bu keyfiyyətdə komandaya qarşı oyunda tez-tez səhv qərarlar verəndə bunun bədəlini ödəmək riski ilə üzləşirsən.
İkinci hissədə "Arsenal" təşəbbüsü ələ keçirdi və biz müdafiədə dözməyə və işləməyə hazır olduğumuzu nümayiş etdirdik.
Belə anlarda tarazlığı qorumaq və bəzi oyunçuların hələ də formada olduğunu anlamaq vacibdir. Komanda gücünü itirməyib. Sadəcə, daha çox səy göstərməli olduğumuz çətin bir dövrdür. Növbəti ev oyununda "Bolonya"ya qalib gəlməliyik - bunu etsək, vəziyyət daha yaxşı görünəcək".
Liqa mərhələsinin növbəti turunda "Napoli" İspaniya "Vilyarreal"ının qonağı olacaq.
Mirağa