
Rusiya Premyer Liqasında iyul və avqust ayları üçün ən yaxşı məşqçinin adı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qurumun mətbuat xidməti qalibin adını açıqlayıb.
"Krasnodar"ın baş məşqçisi Murad Musayev hər iki ay üzrə digər namizədləri üstələyərək 1-ci olub. 42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komanda bu müddətdə Rusiya çempionatında 6 oyun keçirib hamısında qələbə qazanıb.
Rusiya Premyer Liqasının turnir cədvəlinə məhz ən yaxın rəqibindən 4 xal qabaqda olan "Krasnodar" başçılıq edir.
Mirağa