
UEFA Çempionlar Liqasənən Liqa mərhələsində ilk tur davam edir.
Fanat.Az xəbər verir ki, 1-ci tura bu gün yekun vurulacaq.
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün imtahanına çıxacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda İngiltərə nəhəngi "Mançester Yunayted"in qonağı olacaq. "Bayquşlar"ın səfərdən xalla dönməsi indiki məqamda möcüzə sayılsa belə, liqa mərhələsinə qədər baxımlı və cəsarətli oyunu ilə rəğbət yaradan təmsilçimizin əfsanəfi "Old Trafford"da da layiqli mübarizə aparacağına şübhə etmirik.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Villi Delajoya həmyerliləri Ervan Finjan və Valentin Evrar ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək.
VAR hakimi almaniyalı Jerom Brizar, onun assistenti isə serbiyalı Momçilo Markoviç olacaq.
Qeyd edək ki, "Sabah" Liqa mərhələsində növbəti oyununu 13 oktyabrda evdə Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcək. Praqalılarla görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq və saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
10 sentyabr
Mançester Yunayted (İngiltərə) - Sabah (Azərbaycan) 4:0 (ikinci hissə)
Qollar: Mateus Kunya, 27. Brunu Fernandes, 42. Benjamin Şeşko, 45. Lisandro Martines, 68.
Hakimlər: Villi Delajo, Ervan Finjan, Valentin Evrar, Matye Vernis (hamısı Fransa).
Mançester. "Old Trafford".
"Mançester Yunayted": 1. Senne Lammens, 3. Nusser Mazravi, 6. Lisandro Martines, 8. Brunu Fernandeş, 10. Mateus Kunya, 13. Patrik Dorgu, 15. Leni Yoro, 18. Yuri Tilemans, 19. Brayan Mbeumo, 30. Benjamin Şeşko, 37. Kobbi Maynu
Ehtiyat oyunçular: 12. Karl Darlou, 45. Dermot Mi, 2. Diqo Dalot, 5. Harri Maquayr, 7. Meyson Maunt, 9. Markus Reşford, 11. Coşua Zirksi, 17. Andre Santos, 26. Ayden Hiven, 31. Şey Leysi, 39. Tayler Fletçer, 41. Harri Amas.
"Sabah": 92. Stas Pokatilov, 4. Aden Makkarti, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rəhmonəliyev, 8. Kristian Nvaxukvu, 11. Kahim Parris, 13. İvan Lepiniça, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 6. Abdulla Xaybulayev, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 37. Du Keyroz, 88. Rodriqo Fernandes, 89. Cəfər Muxtarov, 99. Orfe Mbina.