
Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Yunayted”ə qarşı keçirdiyi qarşılaşmada tarixi ilkə imza atıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu İngiltərə nəhəngi ilə matça 11 fərqli ölkənin təmsil etdiyi futbolçulardan ibarət start heyəti ilə çıxıb. Start heyətindəki 11 futbolçunun hər biri fərqli milli mənsubiyyəti təmsil edib.
Beləliklə, “Sabah” Çempionlar Liqası tarixində matça başlayan heyətində 11 fərqli milli mənsubiyyəti bir araya gətirən ilk klub olub.
Dünya mediasının diqqət mərkəzinə düşən həmin tarixi start 11-lik və futbolçuların təmsil etdiyi ölkələr:
Qapıçı: Stas Pokatilov (Qazaxıstan)
Müdafiəçilər: Aden Makkarti (Cənubi Afrika), Rəhman Daşdəmirov (Azərbaycan), Timoş Puxaç (Polşa), Amin Zedadka (Əlcəzair)
Yarımmüdafiəçilər: İvan Lepinitsa (Xorvatiya), Umarali Rahmonəliyev (Özbəkistan), Velko Simiç (Serbiya),
Hücumçular: Coy-Lens Mikels (Ruanda), Kaheem Parris (Yamayka), Kristian Nvaçukvu (Nigeriya)
Baş məşqçi: Valdas Dambrauskas (Litva)
Kamil Xudiyev