
İspaniyanın “Barselona” klubu İngiltərə təmsilçisi “Çelsi”nin futbolçusu Villian Estevaonu transfer etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı “Sport.es” yayıb.
19 yaşlı vinger ilə London klubunun baş məşqçisi Xabi Alonso arasında fikir ayrılığı yaşanıb.
Braziliyalı futbolçu kifayət qədər oyun praktikası əldə etmədiyi üçün vəziyyətdən narazıdır. Estevao bu mövsüm Premyer Liqada cəmi 23 dəqiqə meydana çıxıb.
Qeyd edək ki, Villian Estevaonun “Çelsi” ilə müqaviləsi 2033-cü ilin yayına qədər nəzərdə tutulub.