
UEFA Millətlər Liqasında 2-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, turun üçüncü oyun günündə daha 10 qarşılaşma baş tutacaq.
Oyunlardan 6-sı C Liqasında, 2-si A, 2-si isə B Liqasında olacaq.
A Liqasının 3-cü qrupunda İspaniya Xorvatiyanı, Çexiya isə İngiltərəni sınağa çəkəcək.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasına səfərdə Litva ilə 1:1-lik heç-heçə ilə start verib. Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə 2-ci turda Bakıda Lixtenşteyni qonaq edəcək. Qarşılaşma 1 oktyabrda baş tutacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
29 sentyabr
C Liqası, 1-ci qrup
20:00. Finlandiya – Belarus
C Liqası, 3-cü qrup
20:00. Moldova – Farer adaları
A Liqası, 3-cü qrup
22:45. İspaniya – Xorvatiya
22:45. Çexiya – İngiltərə
B Liqası, 1-ci qrup
22:45. Şotlandiya – İsveçrə
22:45. Sloveniya – Şimali Makedoniya
C Liqası, 1-ci qrup
22:45. San-Marino – Albaniya
C Liqası, 3-cü qrup
22:45. Slovakiya – Qazaxıstan
C Liqası, 4-cü qrup
22:45. Bolqarıstan – Estoniya
22:45. Lüksemburq – İslandiya