
İspaniya milli komandasının gənc ulduzu Lamin Yamal milli komandadakı qolları ilə növbəti tarixi göstəriciyə imza atıb.
Fanat.Az xəbər verir ki, "Barselona"nın ulduz futbolçusu milli forma altında 9-cu qolunu vuraraq diqqət mərkəzinə düşüb.
Bu nəticə ilə gənc hücumçu İspaniya futbolunun əfsanəvi adları Xuanito və Qaiska Mendiyetanı geridə qoymağı bacarıb.
Meydana çıxdığı 35 matçda 9 qola imza atan ulduz futbolçu Xuanitonun 34 oyundakı 8 və Mendiyetanın 40 oyundakı 8 qolluq göstəricisini arxada qoyub.