
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu komandanın düşərgəsini tərk edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Mənbənin məlumatına görə, 41 yaşlı hücumçu bu qərarı baş məşqçi Jorje Jezuşun mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa ilə görüşdən sonra qəbul etdiyini açıqlayıb.
Ronaldu sosial şəbəkə hesabında yazıb ki, milli komandadan ayrılmasının səbəblərini “vaxtı gələndə” Portuqaliya ictimaiyyətinə açıqlayacaq. O, eyni zamanda milliyə və komanda yoldaşlarına uğurlar arzulayıb.
Hadisə Ronaldunun Norveçlə keçirilən son Millətlər Liqası oyununda ehtiyatda qalmasından sonra baş verib. Portuqaliya həmin görüşdə 2:1 hesabı ilə qalib gəlsə də, Kriştianu meydana çıxmayıb. Baş məşqçi Jorje Jezuş isə Ronaldu ilə arasında hər hansı ciddi problemin olmadığını bildirmişdi.
Portuqaliya Futbol Federasiyası da forvardın düşərgəni tərk etdiyini təsdiqləyib. Federasiya onun əvəzinə yeni futbolçu çağırmayıb və hazırlıqların qalan 24 oyunçu ilə davam edəcəyini açıqlayıb.
Ronaldu Portuqaliya millisinin tarixində ən çox qol vuran və ən çox oyun keçirən futbolçudur. Onun milli komandanın heyətində 234 matçda 146 qolu var.
Əlisahib İbrahimli