Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mükafatsız qalıb.
Fanat.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan Mariyanın 1/4 finalda uduzduğu Otqonjarqal Dolqorjava finala yüksəlməyi bacarmayıb.
Monqolustan idmançısı finala gedən yolda ABŞ-li Sara Hildebranta yenildiyi üçün Stadnik təsəlliverici görüşə qatılmadan turnirlə vidalaşıb.