13:27 11.08.2021 2503

Güləş Federasiyasından ittihamlara cavab: "Azər Əliyev emosional açıqlama verib"

Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandıran sərbəst güləşçi Hacı Əliyevin atası Azər Əliyev Fanat.Az-a açıqlamasında Güləş Federasiyasının ünvanına ağır ittihamlar səsləndirmişdi. Respublikanın əməkdar məşqçisi sözügedən qurumda vaxtilə rəhbər vəzifə tutmuş şəxslərin təsiri ilə digər ölkə güləşçilərinə qarşı haqsızlıqlar olunduğunu deyib, Hacının yaponiyalı Takuto Otoquro ilə final görüşündə qərəzli hesab etdiyi hakim qərarlarını keçmişdəki səhvlərin nəticəsi kimi qələmə vermişdi. Güləş mütəxəssisi həmçinin aşağı yaş kateqoriyaları üzrə dünya və Avropa çempionatlarında nailiyyət qazanan idmançıların yaşının azaldıldığını iddia etmişdi.

İttihamlarla bağlı Azərbaycan Güləş Federasiyasının mövqeyini öyrəndik. Qurum sözçüsü Sərxan Musalı yerli güləşçilərin vaxtilə üzləşdiyi hakim haqsızlıqlarını vurğulayaraq, Azər Əliyevin fikirlərini onun emosional durumu ilə əlaqələndirib: "Azər müəllim vaxtilə federasiyada çalışmış bəzi şəxsləri nəzərdə tutub. Yəni onlardan gileylənib. Bu da daha çox şəxsi zəmində olan problemlərlə bağlıdır. Sadəcə, Azər müəllimin bir cümləsi ictimaiyyətdə çaşqınlıq yarada bilər. O da vaxtilə hakimliklə bağlı guya bizim başqalarına qarşı etdiyimiz haqsızlığın əvəzinin çıxılmasıdır. Onu qeyd edim ki, Azərbaycan güləşçiləri dəfələrlə hakim haqsızlıqları ilə üzləşib. Bunlardan sadəcə, ikisini misal göstərmək kifayət edər. 2014-cü ildə Avropa çempionatının finalında Həsən Əliyevə, Rio Olimpiadasının yarımfinalında isə Cəbrayıl Həsənova qarşı edilən haqsızlığı güləş ictimaiyyəti hələ də unutmayıb. Görünür, Hacı Əliyevin qızıl medala çox yaxınlaşması və son 30 saniyədə qələbəni əldən verməsi Azər müəllimə çox pis təsir edib və belə emosional açıqlamalar verib. Unutmayaq ki, Hacı özü də hakimlərin doğru qərar verdiyini iddia etdi".

Yeniyetmə və gənc güləşçilərin yaşının azaldılması ilə bağlı iddianı əsassız adlandıran Musalı təmsil etdiyi qurumun bu məsələdə həssaslıq nümayiş etdirdiyini söyləyib: "Doğru yanaşma deyil. Azərbaycan Güləş Federasiyası bu neqativ məsələyə çox həssasdır. Qurum daim ədalətli mübarizənin tərəfdarı olub. Biz maksimum dərəcədə belə halların qarşısını almağa çalışırıq. Ümumiyyətlə, müasir dövrdə bunu etmək demək olar ki, mümkünsüzdür".
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X