Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Qadjiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə yaponiyalı Ryonosuke Kamiya ilə üz-üzə gəlib. Rəqibinə "tuşe" ilə qalib gələn Qadjiyev dünya çempionu olub
Qeyd edək ki, bu, sərbəst güləşçilərin mundialda ikinci qızıl medalıdır. Daha əvvəl Kənan Heybətov (70 kq) yarışın qalibi olub. Zirəddin Bayramov (65 kq) isə gümüş medal qazanıb.