“Sumqayıt”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar” heyətini yeni oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedənklubunun mətbuat xidməti məlumat yayıb.
Macarıstanın klubu müqavilə ilə yerli MTK-ya məxsus olan Matyas Kovaçı heyətinə cəlb edib. Hücumçu yeni komandasında icarə əsasında çıxış edəcək.
“Qırmızı-göylər”in 21 yaşlı üzvü ölkəsinin U-21 millisinin şərəfini qoruyur.
“Sumqayıt”la “Fehervar” arasında ilk matç iyulun 25-də, cavab qarşılaşması isə 31-də baş tutacaq. Azərbaycan təmsilçisi ilk oyununu evdə keçirəcək.