UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edən "Fehervar"ın norveçli yarımmüdafiəçisi Tobias Kristensen Azərbaycanda qazandıqları qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, dünən Sumqayıtda vurulan qollardan birinin müəllifi olan futbolçu fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Həlledici məqam rəqib futbolçu qırmızı vərəqə alandan sonra hesabı bərabərləşdirməyimiz idi. Qələbə qazana biləcəyimizə inanırdıq. Səfər oyunları heç vaxt asan olmur. Bilirdik ki, avrokubok matçına, çətin qarşılaşmaya çıxacağıq. Belə də oldu. Evə qələbə ilə qayıtdığımız üçün şadıq. Cavab oyunu ərəfəsində yaxşı nəticə qazandıq. Evdəki görüşdə də hədəfimiz qələbə olacaq".
Nihat