14:38 24.07.2025 514

"Yalnız bir boşluq verdilər ki, "Hayduk" da bundan istifadə etdi" - Samir Əliyev

Dünən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Hayduk"u qəbul edən "Zirə" 1:1 hesablı heç-heçə ilə yadda qaldı. Azərbaycan millisinin sabiq hücumçusu, son olaraq ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasını çalışdırmış məşqçi Samir Əliyevlə əlaqə saxlayaraq "Neftçi Arena"da reallaşan görüşü dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İlk hissədə temp o qədər də yüksək deyildi. Ola bilsin ki, hava isti idi və ya hər iki tərəf ehtiyatlı oynamağa çalışırdı. Bu səbəbdən qol vəziyyətləri baxımından kasad ilk yarı izlədik. "Zirə" İssa Cibrillanın fərdi keyfiyyəti hesabına cinahdan sürətli hücum təşkil etdi və istədiyi qolu vurdu. Rəqibin ikinci yarıda tempi artıracağı, cavab qolunu vurmağa çalışacağı gözlənilən idi. Belə də oldu. "Hayduk" fasilədən sonra daha sürətli oynamağa başladı. Rəqib bilirdi ki, "Zirə" kompakt futbola üstünlük verir. Bu səbəbdən təmsilçimizi irəli çəkmək, boşluqlardan faydalanmaq istəyirdilər, amma "Zirə" həqiqətən çox intzamlı oynadı. Yalnız bir boşluq verdilər ki, "Hayduk" da bundan istifadə etdi. Onu da nəzərə alaq ki, çempionatda ikinci yeri tutan "Zirə"də Rafael Utsiq, Salifu Suma kimi bacarıqlı, sürətli cinah hücumçuları var idi. Bu yay komandanı tərk edən Sumanın driblinq məharəti, məlum səbəbdən əvəzedici heyətə göndərilən Utsiqin kreativliyi bəlli məqamlardır. Onlar oynasaydılar, yəqin ki, Azərbaycan təmsilçisi daha çox şey edə bilərdi. Onların meydanda olmamaları sezilirdi. Ön xətdə daha çox Junior Martins hərəkətliliyi ilə seçilir, tez-tez hadisələrin inkişaf mərkəzində olurdu. Əlbəttə, "Hayduk" sıradan rəqib deyil. Xorvatiyanın iki ən güclü klubundan biridir. Son mövsümdə yerli çempionatın qalibindən 2 xal geri qalaraq çempionluğu əldən veriblər. 

Birinci matçda hər iki komanda bir-birini yaxından tanıdı. Əlbəttə, səfərdə "Zirə"nin işi çətin olacaq. Yeni transfer Brahim Konatenin zədələnməsi də heç yerinə düşmədi. "Hayduk" öz meydanında böyük azarkeş dəstəyi fonunda mübarizə aparacaq. Güclü rəqib üzərində qələbə qazanmaq mümkün olsaydı, təmsilçimiz səfərə daha rahat yollanardı. Təəssüf ki, qələbə qazanmaq alınmadı, amma indi də hər şey bitməyib. "Zirə" etibarlı futbol sərgiləyən, oyun intizamı olan kollektivdir. Mümkünsüz heç nə yoxdur".

Nihat 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

Facebookdan bizi izləməyi unutmayın.
X