12:50 08.08.2025 1130

"Levski" Bakıda qapansa..."

Dünən UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bolqarıstanın paytaxtı Sofiyada yerli "Levski"nin qonağı olan "Sabah" 90+8-ci dəqiqədə buraxdığı qolla evə 0:1 hesablı məğlubiyyətlə qayıtdı. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın səfər matçı ilə bağlı düşündüklərini dilə gətirməsini və təmsilçimizin növbəti mərhələ şanlarını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əfsuslar olsun ki, "Sabah" son saniyələrdə qapısında qol görərək yenildi. Ümumi üstünlük, topa nəzarət daha çox "Levski"də olsa da, təmsilçimiz rəqibi ilə başabaş mübarizə apardı. Düzdür, meydan sahibləri təhlükəli hücumlar edə blirdilər. Lakin yüzfaizli qol imkanları yaratmağa çətinlik çəkirdilər. "Sabah"ın mərkəz müdafiəçiləri həlledici anlarda inamlı oynayırdılar. Təmsilçimiz bu oyunda 5-2-3 düzümü ilə oynayırdı. Öndəki 3 futbolçu ilə pressinq etməyə çalışırdıq. Belə oynamaları mənim üçün bir qədər təəccüblü idi, ancaq göründüyü qədəri ilə təlim-məşq toplanışında bu sistemin də üzərində çalışıblar. İlk yarıda top saxlamaq işinin öhdəsindən o qədər də yaxşı gələ bilmirdik. Amma "Sabah"ın futbolçuları öndə pressinq etmək tapşırığını yaxşı yerinə yetirirdilər. Bu pressinq sayəsində rəqibi səhvlərə məcbur edir, əks-hücumlar qururduq. Belə səviyyədə matçlarda gərək yaxalanan qol fürsətlərini boşa verməyəsən. Bu, daxili çempionatın oyunları deyil ki, qol epizodlarını sıralaya və yavaş-yavaş relsə düşəsən. Avrokuboklarda bir səhv belə, həlledici ola bilir. Coy Lens Mikelsin iki yüzfaizli epizodu boşa verməsi belə sonluğa yol açdı. Fakt budur ki, "Sabah"ın qol imkanları "Levski" ilə müqayisədə daha çox idi. Uduzulacaq oyun deyildi. Qarşılaşma 0:0 hesabı ilə başa çatsaydı, "Sabah" evdəki görüşdə daha rahat oynayardı. 0:1 elə hesabdır ki, gərək cavab matçında ilk 30 dəqiqədə 1 qol vurmağa çalışasan və bu məqam istər-istəməz müəyyən tələskənlik yarada bilər. Öz meydanında hücum futbolu sərgiləyən "Levski" Bakıda qapansa, onlara qol vurmaq çətin olacaq. Ümid ona qalır ki, "Sabah" Bakıdakı matçda həm qol vursun, həm də rəqib qapanacağı təqdirdə, onların əks-hücumlarının da qarşısını kəsməyi bacarsın".

Nihat 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X