19:51 06.03.2020 2126

Berlində "futbolçu yetişdirənlər", "əcnəbi gəlsin" deyir

Tahir Süleymanov
 
Milli adı ağır, məsuliyyət deməkdi. Qürur mənbəyidi, olmalıdı. Şəxsi istəklərlə nə milli münasibət olur, nə də milli komanda. Milli - bütöv Azərbaycan deməkdi!

Baş məşqçi müzakirələri səngimək bilmir. Futbol ictimaiyyəti bir fikir söyləyir, səlahiyyətlilər isə 32 keyfiyyətli futbolçusu olmayan yığmaya 32 əcnəbi məşqçi arasından seçim edir.

Futbolda baş məşqçi amili böyük rol oynayır. Futbolu, kifayət qədər futbolçusu olan ölkələrdə... Belə yanaşma Türkiyə, Rusiya, Portuqaliya, Xorvatiya, Belçika, Hollandiya və bu kimi digər ölkələrdə keçərlidi...

Luçesku və başqaları bacarmadı, Şenol Güneş Türkiyə, Çerçesov Rusiya millisini qaldırdı. Eynilə digər ölkələrdə... Çünki, ifrastruktur, stabil çempionat, futbolçu potensialı var. Belədə, baş məşqçi bacarığı ön plana çıxır.

İslandiya nümunəsi də var. Burada artıq strateji ümumi futbol təsərrüfatında islahatlar önəmlidi. Ələ götürüldü və qısa müddətdə inkişaf yolu keçildi. Olmayan yerdə "hər şey baş məşqçidən asılıdı" düşüncəsilə Berti Foqtsu gətirsəydilər, Azərbaycan futbolunun gününə düşərdilər...

15 ildi gedilən səhv yola düşən ləpirlərin nəmi qurumamış eyni addımlar yenidən atılır. Elə futbol yıxıla-yıxıla az-çox futbol təcrübəsi topladıqdan sonra Elxan Məmmədov da "Təkbətək"də etiraf etdiyi kimi: "Baş məşqçilər gəlirlər, onları ümumi futbol düşündürmür, ancaq özlərini fikirləşirlər"...

10 ildən artıq müddətdə nəhayət ki, doğru fikrə gəldikdən sonra 32 namizəd arxasınca düşməyin nə adı var?! Torresdən Yurçeviçə qədər gələnlər, gətirilənlər nə etdilər ki, bə(ya)ziləri də gəlib nə isə edə?! Yenidən zaman, milyonlar itiriləcək...

Yenə "təbliğat maşını" öz işindədi. "Çırtdan" Lüksemburq futbolu inkişafdadı. Bəs Azərbaycan futbolu niyə inkişafda deyil?! Sabah meydana çıxacaq futbolçuların əksəriyyəti deyir ki, qrupda lider ola, mübarizə apara bilərik. Doğru yanaşmadı və alqışalayiqdi...

İllərdi məğlubiyyət psixologiyasını ölkə futboluna sırıyan bir çox mütəxəssis, yarınıb-yarınmayanlar da birağızdan car çəkirlər: "rəqiblər güclüdü". Dəstək vermək, qələbə ruhunu aşılamaq əvəzinə, futbolçularda olan-qalan istək də öldürülür. Belədə onlardan nə nəticə tələb oluna bilər...?!

Az qalır Monqolustanı, Banqladeşi qrupa gətirmək üçün FİFA, UEFA-ya müraciət etsinlər. Bilmək olmaz, onlara da bəy tərifi yağdırmağa "əsas" tapılar... Almaniya, Ingiltərə, İspaniya, İtaliya güclüdü, başadüşüləndi. Millətlər Liqasında şans yaradılıb, zəiflər arasında oynayın, inkişaf edin... Niyə ağlaşma qurulur, pul, şərait yoxdu...?!

Bu günlərdə AFFA ilə geniş futbol ictimaiyyətinin görüşü keçirildi. Çox yaxşı, belə tədbirlər tez-tez olmalıdı. Müzakirələrin keyfiyyət dərəcəsi isə düşündürücüdü. Ölkə futbolunun qlobal problemləri əvəzinə, təqaüd, iş istənilməsi gündəmə çıxarılır...

Lippert, ştuxliklərə ödənilən aylıq maaşlarla ölkə futbolunda az-çox əməyi olmuş bütün veteran futbolçu, hakimlərin "optovoy" təqaüdlərini həll etmək olar. Belə görüşlərdə ümumi futbolla bağlı daha önəmli debat, müzakirələr aparılmalıdı...

Müasir tələblərə cavab verən Lənkəran, İmişli, Yevlax, Zaqatalada olan ifrastruktur böyük futbolsuz qalıb. Banişevskinin ruhu Masallı stadionunda imdad edir. Şirvan, Bərdə, Qazax, Quba, Qusar... və digər bölgələrimizin gözü yaşlı qalıb... Uşaq futbolundan tutmuş klubların bərpasına kimi problemlər başdan aşır...

Konfransdan sonra yeni vəzifələrlə futbola tam fərqli yanaşma olmalı idi. İlk olaraq baş məşqçi məsələsi yox, ölkə futbolunun mövcud bataqlıqdan çıxarılmasının yolları axtarılmalı, bu yöndə ciddi müzakirələr aparılmalı, addımlar atılmalı idi. Heç ilkin konturlar da görünmür...

Bunun əvəzinə Berlində "futbolçu yetişdirənlər", "əcnəbi gəlsin" deyir. Onsuz da milli, daha doğrusu, yığma baş məşqçisiz qalmayacaq, kimsə gətiriləcək. Bununla Azərbaycan futbolu düzələcəkmi? Ölkə futbolunun dərdi baş məşqçi məsələsi deyil, daha dərindi, daha əhatəlidi...

Nə qədər bərbad durum yaradılsa da, heç olmasa, bundan sonra düzgün düşünülsün, futbola baxış bucağı dəyişilsin, yeni, tutarlı layihələrlə sabaha ümid yaransın, əməli addımlar atılsın... Əks halda növbəti 2-3 il də belə itiriləcək...

15 ildi "eyni dalğa, eyni koordinatdı", Torres gedir, Foqts gəlir, Prosineçki gedir, Yurçeviç gəlir... Dəyişən, bu illər ərzində heç tarixdə ölkə kimi izi olmayan Kosovo kimilər önə keçir, Lüksemburq futbol oynamağı öyrənir, Tacikistanın 17 yaşlıları dünya çempionatına qatılır...

Düşünün... Onsuz da futbol vəzifələri zəbt edilib. Düşünün, düşünün ki, heç olmasa, futbolda dönüş yaradın ki, bir balaca iziniz də qalsın. Düşünməyən beyinlərlə, bəy tərifləri ilə, "baş üstələr"lə, futbol iddiası, bacarığı olmayanlarla futbol irəli gedə bilməz!
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 İyul 2026
18:30

"Qarabağ"ın transfer planını pozmaq istəyirlər

17:50

Trinkan "Əl-Əhli"yə keçdi - RƏSMİ

17:26

"Əvvəlki matçda belə oynamamağımız biabırçılıqdır" - Harri Keyn

16:53

"Messi əsl vəhşidir"

16:09

Fəridə Lütfəliyeva ÇL matçını idarə edəcək

15:55

Martines İspaniya ilə final oyunundan öncə DÇ-də sınıq barmaqla oynadığını dedi

15:09

Olise kimisi mundiallar tarixində olmamışdı - Pelenin rekordunu qırdı

14:56

Rəşad Nəbiyev milli üzvləri ilə görüşdü

14:27

Pedro Porro: "Onu dayandırmaq mümkün deyil"

13:38

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:14

"Sabah"ın rəqibindən inamlı qələbə

12:54

FİFA mundialdan neçə milyard qazandı? - Rekord məbləğ

12:25

"Üçüncü yer uğrunda oyunu keçirməyə dəyməzdi" - Jül Kunde

11:49

Əsas döyüşü Dirkus dyu Plessi qazandı

11:09

Didye Deşam: "Günah məndədir"

10:52

Tuxeldən qələbə şərhi

10:13

DÇ-2026-nın qalibi müəyyənləşir

09:50

Fransaya 3 qol vurdu, oyunun ən yaxşı futbolçusu oldu

09:00

Kilian Mbapoe: "Bu, Didye Deşam adına biabırçılıqdır"

03:01

DÇ-2026: Azarkeşlər 10 qol gördü, bürünc medalın sahibi Mayamidə müəyyənləşdi

02:45

Mbappe Messini geridə qoydu

18 İyul 2026
23:47

Skaloni İspaniya ilə matçdan əvvəl nə danışdı?

23:14

Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb

22:33

Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edir

21:50

Mahir Emreli yenidən Polşada - RƏSMİ

21:42

Cenk Sümer: "Məqsədimiz çempionluqdur"

21:11

“Neftçi” açıq məşq keçirdi, azarkeşlər "coşdu"

20:47

Tələbələr arasında Avropa Universitet Oyunları start götürüb

20:19

Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib

19:16

Mahir Emreli karyerasını Polşada davam etdirəcək?

19:06

Yuri Vernidub: "Hədəfimiz Konfrans Liqasının liqa mərhələsidir"

18:42

KL: "Neftçi" - "Dinamo" oyununun biletləri satışda

18:11

Ruslan Voronsov "Karvan-Yevlax"da

17:52

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

17:09

Deşam üçüncü yer uğrunda matçdan əvvəl danışdı - "Milli üçün darıxacağam"

16:48

"Qarabağ"ın darmadağınına şahid olan hakim "Zirə"nin oyununda

16:04

Tramp İnfantinodan növbəti DÇ-nin də ABŞ-yə verilməsini istədi

15:53

“Neftçi” “Aerowingo” ilə əməkdaşlıq müqaviləsi imzaladı

15:31

"Kəpəz"də Azər Məmmədovun köməkçiləri müəyyənləşdi

15:00

Birinci Liqanın debütantı ev oyunlarını Xankəndi şəhərində keçirəcək

Facebookdan bizi izləməyi unutmayın.
X